"Liverpul"un əfsanəvi hücumçusu Məhəmməd Salahın "Enfild"dəki karyerası yekunlaşır.
Metbuat.az xəbər verir ki, misirli ulduz cari mövsümün sonunda klubdan ayrılacağını artıq elan edib və klub rəhbərliyi ilə əldə olunan qarşılıqlı razılığa əsasən, müqaviləsinin bitməsinə bir il qalmış azad agent statusu ilə komandanı tərk edəcək.
Qeyd edək ki, "Fənərbaxça"nın da futbolçuya üç illik cəlbedici müqavilə təklif etdiyi bildirilir.