“Real Madrid”də böhran dərinləşməkdə davam edir.
Metbuat.az xəbər verir ki, Madrid klubu yayda heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır. Bildirilir ki, uğursuz mövsümdən sonra rəhbərlik bir neçə futbolçu ilə yolları ayırmağı planlaşdırır. İspaniya mətbuatında yayılan məlumatlara görə,Joze Mourinyonun yenidən komandaya qayıtması ehtimalı gündəmdədir. Klub daxilində isə həm nəticələr, həm də futbolçular arasındakı gərginlik narahatlıq yaradıb. Xüsusilə Federiko Valverde ilə Orelyen Çuameni arasında yaşanan insident uzun müddət müzakirə olunub. Kilian Mbappenin də komandadakı durumundan narazı olduğu bildirilir.
Fransalı ulduzun Vinisius Junior və Cud Bellinqemlə oyun əlaqəsinin istənilən səviyyədə olmadığı qeyd edilir. Buna baxmayaraq, Mbappe cari mövsümdə yüksək qol statistikası ilə diqqət çəkib.