Türkiyə Kubokunın yarımfinal mərhələsində növbəti oyun keçirilib.
Metbuat.az xəbər verir ki, "Beşiktaş" öz meydanında "Konyaspor"u qəbul edib.
Gərgin keçən qarşılaşmada qonaqlar 1:0 hesablı qələbə qazanaraq finala yüksəlib. Yeganə qol 90+8-ci dəqiqədə penaltidən Bardhi tərəfindən vurulub.
Digər finalçı isə mayın 13-də keçiriləcək "Gənclərbirliyi" - "Trabzonspor" matçından sonra müəyyənləşəcək.