Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən hakimlikdən uzaqlaşdırılan Elif Karaarslan yeni fəaliyyəti ilə diqqət çəkir.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrə yönələn keçmiş hakim "Instagram"da abunəlik sistemi yaradıb. Təxminən 800 min izləyicisi olan Karaarslan qısa müddətdə on minlərlə abunəçi toplayıb.
Hazırda onun 25 mindən çox abunəçisi var və hər biri aylıq 79,90 lirə (3 manat) ödəyir. Belə ki, keçmiş hakimin yalnız abunəlikdən əldə edilən gəliri aylıq 2 milyon lirəni (76213 manat) keçir. Reklam və sponsorlu əməkdaşlıqlar da ona əlavə gəlir qazandırır.
Qeyd edək ki, Karaarslan hakim müşahidəçisi ilə bağlı iddialardan sonra TFF tərəfindən vəzifəsindən uzaqlaşdırılmışdı. O isə yayılan görüntülərin özünə aid olmadığını bildirmişdi.