“Azərbaycan dünyəvi dövlətdir, ancaq eyni zamanda nəzərə almaq lazımdır ki, din yalnız şəriətdən ibarət deyil. Onun mənəviyyat və mədəniyyət cəhətləri də var. Gənc nəslə dinin bu yönlərinin düzgün şəkildə çatdırılması baxımından təhsilin rolu böyükdür”.

Metbuat.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilən "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O bildirib ki, bütün ailələrin dini bilikləri tam deyil, hətta demək olar ki, natamamdır.İnsanlar dinlə bağlı bilikləri daha çox ətraf mühitdən əldə edirlər:

“Sosial şəbəkələrdə dinlə bağlı paylaşılan məlumatların hamısı düzgün deyil. Azərbaycanda kifayət qədər dini bilik və dünyagörüşünə malik xadimlər var. Lakin yalnız dini ayinləri icra edən bəzi din xadimlərinin bilik səviyyəsi yüksək olmaya bilər”.

Gündüz İsmayılov qeyd edib ki, cəmiyyət əsasən üç mənbədən dini məlumat əldə edir:

“Əgər bu biliklər kifayət qədər etibarlı deyilsə, insanlar alternativ, ardıcıl və etibarlı mənbələr axtarmağa məcbur qalırlar. Bu sualın cavabı isə təhsil və məktəb mühitində formalaşır. Xüsusilə dini radikalizm və xurafatla mübarizədə məktəblərimiz bu istiqamətdə bizim əsas köməkçilərimiz ola bilər”.

O vurğulayıb ki, din və təhsil məsələlərinə yanaşarkən Azərbaycanın dünyəvi dövlət olduğunu nəzərə almaq vacibdir:

“Unutmamalıyıq ki, din təkcə şəriət anlayışı deyil, burada mənəviyyat məsələsi də var. Düşünürəm ki, bu baxımdan təhsil bizə ciddi dəstək olacaq”.