Türkiyə estradasının meqastarı Tarkan uzun fasilədən sonra İstanbulda konsert verməyə hazırlaşır. Tanınmış müğənni yanvarda “Volkswagen Arena”da çıxış edəcək.

Metbuat.az xəbər verir ki, meqastar 16-17-20 və 23 yanvarda unudulmaz mahnıları və səhnə şouları ilə pərəstişkarlarının qonağı olacaq.

Bu gün müğənninin İstanbul konsertinin bilet qiymətləri açıqlanıb.

Ən ucuz bilet 1 522 türk lirəsidir.

Digər biletlər isə 4 725, 5 775, 7 875 və 9 975 lirəyə satışa çıxarılıb.

Tarkanı VİP salonda izləmək istəyənlər isə 12 600 tl (510 AZN) ödəməli olacaqlar.