Türkiyənin əfsanəvi muğənnisi İbrahim Tatlısəs uzun müddətdən bəri konfliktdə olduğu oğlu haqda ilk dəfə danışıb.

Metbuat.az yerli KİV-ə istinadla xəbər verir ki, sevilən sənətçi oğlu Ahmet Tatlısəsin iddialarına münasibət bildirib:

"Oğlum məhkəməyə müraciət edib. İddia edir ki, guya mən ağlımı itirmişəm. Bilirsiniz, hakimə nə dedim? Dedim ki, mən həyatda cəmi bir dəfə ağlımı itirmişəm. O da Ahmetin anası ilə yatağa girdiyim gecə olub. Ağlım olsaydı o qadınla yatmazdım və belə nankor oğul dünyaya gəlməzdi".

Tatlısəsin bu sözləri sosial şəbəkələrin Türkiyə seqmentində ciddi müzakirə olunub. Dediyi sözləri müğənninin yaşına yaraşdırmayanlarla yanaşı, ona haqq verənlər də olub.