Kamçatkada 5.8 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 94 km məsafədə, Sakit okean akvatoriyasında yerləşib.

Sunami təhlükəsi elan edilməyib.