Maliyyə Nazirliyi depozit hərracı təşkil edib.

Bu barədə Metbuat.az-a nazirlikdən bildirilib.

Vahid xəzinə hesabının 200 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından birində 28 gün müddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.