Milan” meksikalı hücumçu Santyaqo Ximenesi “Roma”nın ukraynalı forvardı Artyom Dovbiklə dəyişmək istəyir.

Metbuat.a xəbər verir ki, hazırda iki İtaliya klubu arasında danışıqlar aparılır.

“Milan”ın idman direktoru İqli Tare bildirib: “Biz Dovbik və Ximenes arasında mübadilə etməyi düşünürük. Əgər mümkün olsa, razılaşacağıq. Əks halda, hazırkı heyətlə qalacağıq".

Xatırladaq ki, iki turdan sonra “Milan” A Seriyasının turnir cədvəlində altıncı yeri tutur. Klub növbəti matçını doğma stadionunda sentyabrın 14-də “Bolonya”ya qarşı keçirəcək.