"Fənərbaxça" rəhbərliyi baş məşqçi Joze Mourinyo ilə yollarını ayırıb.
Metbuat.az xəbər verir ki, klub bu barədə rəsmi açıqlama yayaraq, 2024-2025 mövsümündən komandaya rəhbərlik edən portuqaliyalı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Klubun rəsmi bəyanatında deyilir: "Peşəkar Futbol A Komandamızın texniki direktoru vəzifəsini icra edən Joze Mourinyo ilə yollarımız ayrılmışdır. Ona komandamız üçün indiyə qədər göstərdiyi əməyə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq".