Ermənistanda hərbi qulluqçu güllə yarası alıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Əsgərin xəstəxanaya yerləşdirildiy açıqlanıb.
Hadisənin Qeqarkunik rayonundakı mövqelərdən birində baş verdiyi bildirilir. Lakin əsgərin hansı şəraitdə yaralandığı hələlik məlum deyil.