Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Gürcüstan prezidenti Mixeil Kavelaşvilinin həyat yoldaşı Tamar Baqrationi ilə görüşüb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Əminə Ərdoğan Tamar Baqrationini Prezident Administrasiyasındakı Dövlət Qonaq Evində səmimi şəkildə qarşılayıb. Görüş zamanı iki ölkənin mədəni oxşarlıqları müzakirə olunub. Baqrationi Əminə Ərdoğanın fəaliyyətlərini yüksək qiymətləndirərək ondan öyrənəcək çox şeyi olduğunu bildirib.

Əminə Ərdoğanın təşəbbüsü ilə başladılan “Qlobal sıfır tullantı yaxşı niyyət bəyannaməsi”nə dəstək verməkdən böyük məmnunluq duyacağını bildirən Baqrationi, daha sonra sənədi imzalayıb.

Baqrationi Türkiyənin də ailə dəyərlərinə sahib çıxan ölkə olmasından məmnunluğunu vurğulayıb.