UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın Şimali Makedoniya klubu “Şkendiya” ilə keçirəcəyi hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Skopyedəki ilk görüşü Slovakiyadan, Bakıdakı cavab qarşılaşmasını isə Niderlanddan olan hakimlər briqadasına həvalə edib:

“Şkendiya” – “Qarabağ”

5 avqust. “Todor Proeski” stadionu. Saat 22:00

Baş hakim: İvan Kruzliak

Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor

Dördüncü hakim: Peter Kraloviç

VAR: Mixal Oçenaş

AVAR: Boris Marhefka

(Hakimlər briqadası Slovakiyadandır)

“Qarabağ” – “Şkendiya”

12 avqust. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00

Baş hakim: Danni Makkelie

Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries

Dördüncü hakim: Mark Naqteqaal

VAR: Dennis Hiqler

AVAR: Riçard Martens

(Hakimlər briqadası Niderlanddandır)