Türkiyənin Çanakkale şəhərində 5.2 maqnitudada zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Qeyd edilib ki, yeraltı təkanlar Gökçeada sahilində qeydə alınıb.
Zəlzələ ocağı 7 kilometr dərinlikdə olub.
Təbii fəlakətin nəticələri barədə məlumat yoxdur.