Türkiyəli müğənni İrem Dericinin səhhətində problem yaşanıb.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb ifaçının sıx iş qrafiki olub.

Belə ki, o, ard-arda verdiyi konsertlərin tempinə dözmədiyi üçün başgicəllənmə halları ilə üzləşib.

Müğənni xəstəxanaya yerləşdirildikdən sonra vəziyyətinin yaxşı olduğu bildirilib.