2024-cü ildə Azərbaycan efir məkanında ən çox informasiya və analitik proqramlara yer verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verilib.

2024-cü ildə yayımlanan proqramların ümumi faiz bölgüsü isə belədir:

23,4% - informasiya və analitik proqramlar

16,0% - idman proqramları

14,1% - reklam məzmunlu materiallar

13,5% - musiqi və əyləncəli proqramlar

12,8% - bədii filmlər və seriallar

8,7% - mədəni-maarif janrında proqramlar

3,3% - anonslar, elanlar

3,1% - sənədli film və materiallar

2,8% - sosial proqramlar

1,2% - uşaq proqramları və cizgi filmləri

1,1% - sosial çarxlar

Sevinc İbrahimzadə / Metbuat.az