Hazırda Qax (Sarıbaş), Şəki (Kişçay), Xınalıq, Qusar, Qrız, Şahdağda arabir qar yağır.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, qərb küləyi arabir Qobustanda 18 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Qrız, Lerikdə duman müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 1 , Naxçıvan MR-da 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 9 dərəcəyədək şaxtadır.