Türkiyənin Kocaeli vilayətində yanğınla müşayiət olunan partlayış baş verib.

Metbuat.az “TRT haber” ə istinadla xəbər verir ki, partlayışa səbəb yaşayış binasında məişət qazının sızması olub.

İlkin məlumata görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

Əraziyə polis və xilasetmə qrupları cəlb edilib.