Bakı Bələdiyyə Teatrının veteran aktyoru, Əməkdar artist Rafiq İbrahimov vəfat edib.

Metbuat.az xəbər verir ki, mərhumla vida mərasimi sabah saat 3-də Bakıxanov qəsəbəsində İmam Rza məscidində keçiriləcək.

Rafiq İbrahimov Balaxanı qəbiristanlığında valideyinlərinin yanında dəfn olunacaq.

Qeyd edək ki, aktyor onkoloji xəstəlikdən əziyyət çəkirdi.