Avropada iflasını açıqlayan şirkətlərin sayı artıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumatda bildirilir ki, Avropa Statistika Ofisi (Eurostat) tərəfindən yayımlanan 2024-cü ilin aprel-iyun dönəminə dair hesabata görə, Avropa Birliyi ölkələrində şirkət iflasları yanvar-mart dönəmi ilə müqayisədə 3,1 faiz artıb.

Ən çox artım isə inşaat, maliyyə xidmətləri, ticarət və sənaye sahəsində qeydə alınıb.