Amerika Kubokunun finalında Kolumbiyaya qarşı keçirilən oyunda Lionel Messi zədələnib.

Metbuat.az bildirir ki, oyunun 65-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalan Messi göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Argentina oyunun əlavə dəqiqələrində bir qol vuraraq qələbə qazanıb və kuboka sahib çıxıb.