Rumıniyada 5,6 bal gücündə zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələ bazar günü Kovasna dairəsinin Komandau kommunasından 12 km cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 148 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Milli.Az