Ukraynanın dövlət başçısı Petro Poroşenko sabiq prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko ilə ölkənin inkişaf perspektivlərini müzakirə edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, P.Poroşenko hər üç prezidentin müxtəlif illərdə dövlət qarşısında xidmətlərini yüksək qiymətləndirib.
Müzakirələrdən sonra P.Poroşenko sabiq prezidentləri "Ukraynanın 25 illik müstəqilliyi" yubiley medalı ilə təltif edib.
Milli.Az