Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib.

Metbuat.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası Bakıda Ukraynanın “Vorskla” klubunu qəbul edib. Təmsilçimiz rəqibinə 0-1 hesabı ilə məğlub olub.

25 oktyabr

Avropa Liqası

Qrup mərhələsi, 3-cü tur

20:55. “Qarabağ” (Azərbaycan) – “Vorskla” (Ukrayna) - 0:1
Baş hakim:
Roi Reinshreiber (İsrail)
Bakı Olimpiya Stadionu