Şabranda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hadisə 19:30 radələrində rayonun bazarında baş verib.

1992-ci il təvəllüdlü Novruzov İlkin Səhrab oğlu, 1996-ci il təvəllüdlü Əmiraslanov Elməddin Nəcməddin oğlunu qarın boşluğu nahiyəsindən bıçaqlayıb.

Hazırda E.Əmiraslanovun vəziyyəti ağırdır. Hadisənin tərəfləri, içkili halda yaranan mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az