Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, Zərdab-Mollakənd-Kürdəmir yolu Kürdəmir istiqamətində hərəkətdə olan traktor minik maşını ilə toqquşub.
Nəticədə minik maşınının sürücüsü hadisə yerində ölub. Hazırda ölən sürücünün şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az