Amerikalı fotoqraf Matthyu Dippel Kaliforniadakı Yosemite Beynəlxalq parkında təsadüfən rast gəldiyi evlilik təklifi edən cütlüyün fotosunu çəkib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, eyni nöqtədə bir dostunun fotosunu çəkməyi planlayan fotoqraf cütlüyü gördükdə həmin anları ölümsüzləşdirmək istəyib.

Fotonu çəkdikdən sonra cütlüyün olduğu nöqtəyə gedərək fotonu onlara vermək istəyən Dippel oraya çatdıqda cütlüyün çoxdan getmiş olduğunu görüb.

Dippel cütlüyü tapmaq ümidi ilə fotonu Tvitterə yükləyib. Foto yüzlərlə bəyənmə alsa da cütlüyün kim olduğu hələ də bilinmir.

24 yaşlı fotoqraf “tək istədiyim bu fotonun o cütlüyün əlinə keçməsidir. Çünki bu onlar üçün çox xüsusi bir an idi”.

https://metbuat.az/news/1047327/dersde-istirak-etm...