İngilis və İrlandiya mətbuatında “ani ölüm” xəbəri yayılıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Şimali İrlandiyanın paytaxtı Belfastda gecə yarısı 21 yaşlı top model Mairead Oneillin halı pisləşib.Gənc model xəstəxanaya yerləşdirilsə də həkimlər onun həyatını itirdiyini bildiriblər.

Oneillin anası Karen Pelan 10 ay əvvəl bağırsaq xərçəngi səbəbi ilə həyatını itirmişdi. Modelin işlədiyi modellik agentinin sahibi anasını itirdikdən sonra onun çətin günlər keçirdiyini bildirib.

Olduqca məşhur olan gənc modelin ölümü moda dünyasını və İrlandiyanı yasa boğub.

Sosial mediada da Oneillin ailəsinə çox sayda mesajlar yazılıb.

Həkimlər gənc qadının ölüm səbəbini hələ də açıqlamayıblar.

Top model aniden öldü!


Top model aniden öldü!

Top model aniden öldü!

https://metbuat.az/news/1043919/gece-yatmazdan-evv...