Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında yüksək yerlərdə qərar tutmasının və əldə olunan nailiyyətlərin səbəbi Azərbaycanda aparılan sistemli, davamlı, elmə, dərin təhlilə, metodologiyaya, dünya iqtisadiyyatında baş verən proseslərin düzgün qiymətləndirilərək ona operativ reaksiya verilməsinin və doğru strategiyanın tətbiq edilməsinin nəticəsidir.

Bu barədə Milli.Az-a açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov Azərbaycanın Dünya İqtisadi Forumunun yeni Qlobal Rəqabətlilik Hesabatında öncül yerlərdə qərarlaşmasının səbəblərini şərh edərkən bildirib.

Millət vəkilinin fikrincə, bu, həm də bütövlükdə götürdükdə də Prezident İlham Əliyevin ardıcıl, prinsipial və yuxarıda qeyd etdiyim keyfiyyətlərə söykənən sosial-iqtisadi siyasətin nəticəsidir: "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi yol xəritəsi hazırlandı, buna uyğun olaraq ölkənin bütün makroiqtisadi göstəriciləri ilə bağlı təhlillər aparıldı, qanunvericilik bazası möhkəmlədirildi. Qlobal Rəqabətlilik Hesabatındakı göstəricilər Azərbaycanda aparılan iqtisadi islahatlar, qeyri-neft sektorunun şaxələndirilmiş şəkildə daha da inkişaf etdirilməsi strategiyasının bəhrələri, sahibkarlığa dövlət dəstəyinin, eyni zamanda siyasi dəstəyin nəticəsidir".

Azərbaycan yeni metodologiya əsasında hazırlanmış Qlobal Rəqabətlilik Hesabatında