Şəmkir rayonunda iki nəfər yıxılaraq xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Tatar kənd sakini, 1934-cü il təvəllüdlü Quliyev İdir Namaz oğlu yaşadığı evin həyətində yıxılıb.

Hadisə nəticəsində İ.Quliyevin sol bud sümüyü sınıb.

Həmin gün rayonun Zəyəm kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədova Gülfanə Tapdıq qızı da evində yıxılıb.

Hadisə nəticəsində qadının bazu sümüyü sınıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az