Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Badamdar qəsəbəsində baş vermiş sürüşmə sahəsindəki vəziyyəti nəzarətdə saxlayır.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, nazirlik əməkdaşları hadisə yerindədirlər: "Nazirlik tərəfindən hər 8 saatdan bir sürüşmə zonası ilə bağlı məlumat veriləcək. Əhalini, təşkilatları xəbərdar edəcəyik".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə Trend-ə bildirib ki, sürüşmənin dinamikasında aktivlik davam edir: "Nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbətçilik rejimində çalışır. Hər saatdan bir ərazidə müşahidələr aparılır".

Növbəti 3 gün ərzində dolları bu qiymətə alacaqsınız - Oxumaq üçün tıkla