Türkiyənin Samsun şəhərində yaşayan 55 yaşlı Nail Memiş 40 ildir ki, cibində acı bibər gəzdirir.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, uşaqlığından bəri acı bibər yeməni adət halına gətirmiş Nail Memiş restorana getdikdə belə cibində saxladığı bibərləri çıxarıb yeyir. Acı bibər olmadan yeməklərdən dad almadığını deyən Memiş gündə 5-10 ədəd bibər yediyini bildirib.
Nail Memiş mədə qanaması keçirməsinə baxmayaq təzə bibər olmadan yemək yemədiyi deyib.
