İngilis qrafiti sənətçisi Banksynin “Balonlu qız” adlı əsəri İngiltərənin paytaxtı Londonda hərraca çıxarılıb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, əsər hərrac zamanı 1.4 milyon dollara satılıb.

Satışdan sonra rəsm çərçivənin içində gizlənmiş kağız üyütmə maşınının fəaliyyətə keçməsi ilə parçalara ayrılıb. Qısa müddətdə tamamlanan üyütmə prosesinindən sonra əsərin yarısı çərçivədən kənarda parçalanmış halda qalıb.

Daha sonra Bansky “İnstagram” hesabında əsərin parçalandığını göstərən bir video payaşaraq “hərracda satılma ehtimalına qarşı bir neçə il əvvəl tablonun içinə üyüdücü yerləşdirmişdim” deyə yazıb. Video görüntüsündə hərrac salonunda oturan adamların təəccüblərini gizlədə bilməmələri diqqət çəkib.

“Sothebys hərrac evi” hadisə bağlı araşdırma başladıb. Tablonu kimin satın aldığı isə açıqlanmayıb.

https://metbuat.az/news/1038144/plastik-qutularda-...