İndoneziyanın Sulavesi adasında baş verən 7,5 bal gücündə zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1650 nəfəri ötüb.
Metbuat.az-ın Röyters agentliyinə istinadən məlumatına görə, hələ mindən çox insanın dağıntılar altında qaldığı güman edilir. İşçi qüvvəsi çatışmadığından bəzi bölgələrdə axtarışlar aparmaq hələlik mümkün olmayıb. Petobo və Balarua bölgəsində itikin düşənlərin sayı çox olduğundan xilasedicilər həmin ərazilərə cəmlənib.
Sübhan / METBUAT.az