Oktyabrın 6-da Quba rayonunun bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağmağa başlayıb.

Metbuat.az-ın Azərtaca istinadən məlumatına görə, Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, gecə saatlarından başlayan qarın hündürlüyü Xınalıq kəndində 1 santimetr olub.

Xınalıq kəndi dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşir.