Space televiziyasının efirində acınacaqlı hadisə yaşanıb.

Metbuat.az xəbər verir ki, Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə "Gəl Dərdini Danış" verilişində çıxış edən ananın fəryadı hər kəsi göz yaşına boğub. Verilişə ilk olaraq dəvət olunan Xəyalə adlı xanım aylarla küçədə qalıb. Keçmiş ərinin 4 arvadının olduğunu və bir arvadından olan qızı böyüdüb ərə verdiyini, amma hər gün döyüldüyünü birldirib. Onun sözlərinə görə 2 uşağını götürüb ata evinə yollansa da qardaşı Xəyaləni qəbul etməyib. Yalnız uşaqları internat evinə verdikdən sonra ata ocağında qala biləcəyini deyib. Xəyalə isə övladlarını götürərək Bakıya gəlib. Aylardı küçədə, onun-bunun evinə sığınan Xəyaləyə teleaparıcı Amil Xəlil dəstək olub. Aparıcı Binə qəsəbəsindən gələn bir zəng vasitəsi ilə onu axtarıb birbaşa studiyaya gətirib. Xəyalə tək istəyinin sığınacaq evi olduğunu desə də, Amil Xəlil onun atasını studiyaya dəvət edib: "Çətinliklə də olsa mən onun doğma atasını efirə gətirə bildim"
Daha sonra verilişdə iştirak edən 84 yaşlı ananın açıqlamaları isə hər kəsi qəhərləndirib. Rəfiqə xanım bildirib ki, uzun illər Kürdəmir rayonunda mühüm vəzifələrdə çalışıb. Keçmiş deputat olduğunu, xalq, millət üçün çalışdığını bildirib. Amma sən demə ananın oğlu son zamanlar ona sahib çıxmırmış:

"Oğlumu evləndirdim. Yanımda qaldı. Amma o məni arvadının ayağına verdi."

Daha sonra verilişə qoşulan oğulun sanki ananın dediklərini təsdiqləmək kimi çıxışı aparıcı ilə bərabər ekspertlərində hiddətinə səbəb olub: "Anam arvadımla yola getmirdi. Mən də çıxdım evdən"

Bu açıqlama Rəfiqə xanımı özündən çıxardıb. O, oğluna halalıq vermədiyini birbaşa efirdən səsləndirib: "Səni 9 ay bətnimdə gəzdirmişəm. Yeməmişəm, yedizdirmişəm. Bu gün sənə haqqımı halal etmirəm"

Verilişdə baş verən inanılmaz anları sizə təqdim edirik. Qeyd edək ki, veriliş həftə içi hər gün saat 16:00 dan etibarən Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır və informasiya dəstəkçisi Metbuat.az saytıdır.


Elçin Əlibəyli: "Aygün Kazımova gənc yaşda döyüş bölgəsində iştirak edib" - VİDEO - Oxumaq üçün tıkla