İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1424 nəfərə çatıb.

Metbuat.az-ın xarici KİV-ə istinadən məlumatına görə, fəlakət nəticəsində 2 min 549 nəfərin yaralandığı, yüzlərlə vətəndaşın dağıntılar altında qaldığı açıqlanıb.

Təbii fəlakət nəticəsində yollar sıradan çıxdığından bəzi kəndlərlə əlaqə kəsilib. Bölgədə qida və içməli su problemi yaşanır.

Qeyd edək ki, sentyabrın 28-də ard-arda baş verən 6,1 və 7,5 bal gücündə zəlzələ hündürlüyü 6 metrə çatan sunamiyə səbəb olub. Təbii fəlakət daha çox Paulu şəhəri və ətrafındakı kəndlərə ziyan vurub.

Türkiyədə iqtisadi cinayətlərdə şübhəli bilinən 417 nəfər barədə həbs qərarı çıxarılıb