"Qarabağ" futbol klubu azarkeşlərinə müraciət edib.

Metbuat.az-ın məlumatına görə, müraciətdə deyilir ki, bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qarabağ" - "Arsenal" oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapıları oyunun başlamasından 3 saat öncə - saat 17:55-də açılacaq.

Azarkeşlərdən tribunada yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlməsi xahiş olunur.

Bakıda avtomobil körpüdən tunelə aşıb - Oxumaq üçün tıkla