Qazaxıstanda bir evli cütlük arasında baş verən mübahisə qorxu dolu anlara səbəb olub.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, evdən çıxmaq istəyən həyat yoldaşına icazə verməyən qadın qapını kilidləyib. Cütlük arasında mübahisə böyüdükdə adam pencərədən çölə çıxmağa qərar verib. Əsəbi soyumayan qadın pencərədən asılı qalmış həyat yoldaşının üzərinə pencərəni bağlayıb.
Qorxu dolu anlar qarşıdakı bir binadan kameraya çəkilib.