Ötən gün Xəzər rayonunun Binə qəsəbəsində qatarla avtobusun toqquşması nəticəsində yaralanan şəxslərin müalicələri davam edir.
Metbuat.az-ın azvision.az-a istinadən verdiyi məlumata görə, 3 saylı Şəhər Kliniki Xəstəxananın baş həkimi Fikrət Zeynalov bildirib ki, hazırda xəstəxanada 12 nəfər qalb.
“Onlardan 5 nəfəri travmatologiya şöbəsində, 2 nəfəri uşaq travmatologiya şöbəsində, 5 nəfəri isə reanimasiyadadır. Reanimasiyada olan xəstələrdən 2 nəfərinin vəziyyəti ağırdır, digərlərinin vəziyyəti stabildir”.
Klinik Tibbi Mərkəzdən verilən məlumata görə, hazırda xəstəxanada 4 nəfər müalicə alır: “Onlardan birinin böyrəyi çıxarılıb, vəziyyəti ağırdır. Həmçinin digər 3 xəstənin müalicəsi davam edir və onların da vəziyyəti ağır stabildir”.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda olan 2 nəfərin də vəziyyəti orta ağır olaraq qalır.
Qeyd edək ki, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu qatarla toqquşub.
Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla