Hindistan hökuməti Rusiyadan “s-400” raket hücumundan müdafiə sistemlərinin alınması barədə sənədi təsdiq edib.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, baş nazir Narendra Modinin rəhbərliyi ilə toplanan nazirlər kabineti Moskvadan raket zenit komplekslərinin alınmasını ölkənin müdafiəsi üçün vacib hesab edib. Müqavilənin dəyəri 5,43 milyard dollar təşkil edir.

Razılaşmaya görə, Hindistan ilk müdafiə sistemlərini yaxın iki ildə əldə edəcək. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Hindistanı Rusiyadan “s-400” raket sistemləri alacağı təqdirdə sanksiyalarla təhdid edib.

Sübhan / METBUAT.az