Xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində İordaniya Xarici İşlər və Mühacirlərin məsələləri üzrə naziri Əymən Əs-Safadi, Seneqal xarici işlər və xaricdə yaşayan seneqallılarla iş üzrə naziri Sidiki Kaba və Omanın xarici işlər üzrə məsul naziri Yusif bin Ələvi bin Abdullah ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşlər zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələlərini müzakirə edib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıb.

Milli.Az