“Cobalt” qruplaşması dünya banklarına hücum edir
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, il ərzində qruplaşmanın fəaliyyətini izləyən mütəxəssislər tərəfindən hücumların ilkin mərhələsində maliyyə müəssisəsinə qarşı tətbiq edilən “SpicyOmelette” zərərli alətindən istifadə halları qeydə alınıb. “SpicyOmelette” (DOC2018.js) cinayətkarlara yoluxmuş sistemə məsafədən müdaxiləyə imkan verən mürəkkəb “JavaScript” faylıdır.
Bildirilir ki, zərərli proqram adətən “.PDF” formatında qoşma faylların olduğu fişinq məktubları vasitəsilə çatdırılır. Qurban, məsələn, bank əməkdaşı faylı açan zaman o cinayətkarların nəzarət etdiyi “Amazon Web Services” serverinə yönəldilir. Sonra həmin səhifədə həqiqi sertifikat tərəfindən imzalanan “SpicyOmelette” virusunun quraşdırılmasına başlanılır.
Təhlükəsizlik üzrə tədqiqatçıların aşkarladığı “SpicyOmelette” nümunəsi ələ keçirilmiş sistemdə “JavaScript” kodunun sərbəst yerinə yetirilməsi və mühafizə həllərinin dəf edilməsi üçün “Microsoft” kompüter proqramından (utility) istifadə edib.
Məlumata görə, zərərli proqram kompüter haqqında IP ünvanı, sistemin adı və işə salınan proqram əlavələrinin siyahıları kimi məlumatları toplaya, əlavə zərərli modullar quraşdıra, eləcə də 29 antivirus proqramının mövcudluğunu yoxlaya bilər.
“Cobalt” kiberqruplaşması dünya maliyyə müəssisələrindən milyonlarla dollar oğurlamaqda şübhəli bilinir. Mütəxəssislərin fikrincə, qruplaşma tərəfindən 1 milyard avro məbləğində ziyan vurulub. Bu il qruplaşmanın ehtimal edilən liderinin həbs olunmasına baxmayaraq cinayətkarların fəaliyyəti davam edir.
Nizam Nuriyev
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47