"Xəzər dənizində indiyədək turizm tarixində olmamış çox perspektivli kruiz marşrutu yaradıla bilər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Turizm üzrə Federal Agentliyinin sədri Oleq Safonov Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən "Turizm sahəsində əməkdaşlığın inkişafı" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı deyib.

O.Safonovun sözlərinə görə, hazırda dünyada kruiz turizmi yüksək sürətlə inkişaf edir:

"Kruiz turizminin liderləri yeni marşrutların yaranmasında maraqlıdır. Fikrimcə, bizim əsas hədəfimiz kruiz turizminin liderlərini əməkdaşlığa cəlb etməkdir".

O əlavə edib ki, bu layihəyə Azərbaycan, Rusiya, Qazaxıstan və İran müsbət yanaşır.

Milli.Az