Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Küveytin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Xalid Al Hamad Al Sabah ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, nazirlər BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində bir araya gəliblər. 

Nazirlər iki ölkə arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətləri və onların perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Milli.Az