Siyəzəndə ikimərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 144 m2 olan ikimərtəbəli, 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsinin tavanı və dam örtüyü 50 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az