Bu dəfə geyimi ilə aparıcı Fəxriyyə Lilpar diqqət çəkib.
Metbuat.az-ın Axşam.az-a istinadən məlumatına görə, Fəxriyyənin çəkilişlərdən birində geyindiyi qırmızı libas ABŞ-ın birinci xanımı Melani Trampın paltarını xatırladıb. Eyni tərzdə olan qırmızı geyimdən hər iki tanınmış istifadə edib.
Fəxriyyə bildirib ki, paltarı 2016-cı ildə geyinib və yerli butiklərdən birindən aldığı geyiminə 180 manat ödəyib. Melani Tramp isə libasdan 2017-ci ilin fevralında birinci xanım olduqdan sonra getdiyi ilk səfərdə istifadə edib.
Melaninin libası isə “Givenchy” brendindəndir. Qiyməti isə 1466 dollar, təxminən 2492 manatdır.


Bu ölkədə açılacaq kafedə müştərilərə robotlar xidmət edəcək