Yaponiyanın Baş naziri Şinzo Abe öz kabinetinin və partiyanın rəhbərliyinin yeni tərkibini qarşıda gözlənilən Nyu-York səfərindən sonra elan edəcəyini bildirib.
Metbuat.az NHK telekanalına istinadla xəbər verir ki, Ş.Abe bu barədə planını hakim Liberal Demokratik Partiyanın üçüncü müddətə sədri seçildikdən sonra açıqlayıb.
LDP rəhbərləri ilə növbədənkənar görüşündə Ş.Abe bildirib ki, gələn həftə o, Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında iştirak edəcək və burada ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək.