Yunanıstanın paytaxtı Afinada daş və butulkalarla İran səfirliyinə hücum edilib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumun “Rubikon” adlı anarxist təşkilat tərəfindən törədildiiyi bildirilir. Hücumdan əvvəl səfirliyi qoruyan təhlükəsizlik polisini kabinetindən çıxaran anarxistlər təhlükəsizlik kabinetinin şüşələrini də qırıb.
Qeyd edək ki, “Rubikon” təşkilatının üzvləri daha əvvəl Afinadakı Türk səfirliyinə, Türkiyə Baş Konsulluğuna və Türk Hava Yollarının Afina şöbəsinə də hücum etmişdi.
Günay Elşadqızı / METBUAT.AZ